Rusiyada virusdan ölənlərin sayı 90 mini keçib

Rusiyada virusdan ölənlərin sayı 90 mini keçib
  10 Mart 2021    Oxunub:2774
Rusiyada son sutka ərzində koronavirusa 9 079 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 351 553 nəfərə çatıb.

Rusiyada son bir gündə 466 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 90 275 nəfərdir. İndiyədək 3 945 527 nəfər sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti