"172 milyon manata yaxın maddi ziyan ödənilib" - Baş prokurorluq

   "172 milyon manata yaxın maddi ziyan ödənilib" -    Baş prokurorluq
  10 Mart 2021    Oxunub:2118
Ötən il prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında qeydə alınmış cinayət işləri üzrə ümumilikdə 171 milyon 628 min 342 manat məbləğində maddi ziyan ödənilib.
Bu barədə Azvision.az -a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir. Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrinin izlənilməsi tövsiyə edilir.

Azvision.az



Teqlər: Prokrurorluq  






Xəbər lenti