"Türkiyə Rusiyanın çox vacib tərəfdaşıdır" - Peskov

 "Türkiyə Rusiyanın çox vacib tərəfdaşıdır" -  Peskov
  10 Mart 2021    Oxunub:2759
Türkiyənin ən çətin məsələləri həll etmək üçün kompromis tapma iradəsini yüksək qiymətləndiririk.
Azvision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Türkiyə Rusiya Federasiyasının çox vacib bir tərəfdaşıdır, Rusiyanın strateji tərəfdaşıdır. Biz, Türkiyənin ən çətin məsələlərdə kompromislər tapmaq iradəsini yüksək qiymətləndiririk", - Peskov əlavə edib.

O, iki ölkənin demək olar ki, bütün regional məsələlərdə, xüsusilə, Qarabağdakı Rusiya-Türkiyə Monitorinq Mərkəzinin işi ilə bağlı sıx əlaqədə olduqlarını deyib.

Ticarət və iqtisadi əlaqələrin geniş bir kompleksinin olduğunu da əlavə edən Peskov, bu əməkdaşlığı Rusiya ilə Türkiyə arasındakı münasibətlərin əsas təməli adlandırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Rusiya  



Xəbər lenti