"Üç günə Davtyanla bağlı təklifə cavab veriləcək" - Sarkisyanın köməkçisi

 "Üç günə Davtyanla bağlı təklifə cavab veriləcək"  -  Sarkisyanın köməkçisi
  10 Mart 2021    Oxunub:2289
Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyandan Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi barədə təklifi alıb.
Azvision.az xəbər verir ki, bu barədə prezidentin köməkçisi Asmik Petrosyan deyib.

Onun sözlərinə görə, təklifə üç gün ərzində cavab veriləcək.

“Baş nazirin təklifi alınıb. Üç gün ərzində cavab veriləcək ”, - Petrosyan bildirib.

Xatırladaq ki, bu gün Paşinyan Onik Qasparyanın yerinə Davtyanın təqdimatını prezidentə göndərib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArtakDavtyan   Sarkisyan   Ermənistan  



Xəbər lenti