Türkiyə XİN İraq Kürdüstanından açıqlama tələb edir - FOTO

 Türkiyə XİN İraq Kürdüstanından açıqlama tələb edir -  FOTO
  10 Mart 2021    Oxunub:3038
Roma Papa Fransiskin İraqa səfəri münasibətilə İraq Kürdüstan Regional rəhbərliyi tərəfindən çap edilən xatirə pulları arasında ölkəmizdəki bəzi əyalətlərin də olduğu bir xəritəni əks etdirən marka da olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər nazirliyinin (XİN) bəyanatında deyilir.

“Bəzi həddini bilməyən İraq Kürdüstanı liderləri bu səfərdən İraqın qonşu ölkələrinin ərazi bütövlüyü üçün xəyallarını ortaya qoymaq üçün istifadə etməyə çalışırlar. Bu cür məkrli əməllərin necə məyusluqla nəticələnməsini İraq Kürdüstanı səlahiyyətliləri tərəfindən yaxşı xatırlanacaqdır. Bu ciddi səhvi dərhal düzəltmək üçün onların ən qısa müddətdə açıqlama verməsini gözləyirik", - XİN bəyanatında vurğulanıb.

Xatırladaq ki, Roma Papasının şərəfinə çap edilən markada “Kürdüstan” adlanan ərazinin "xəritəsi” və Fransiskin fotosu verilib. "Xəritə"yə Türkiyənin şərq və cənub-şərq bölgələrinin bəzi əraziləri də daxil edilib.



Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   XİN  



Xəbər lenti