"Ermənistanda prezident institutunun qadın institutundan fərqi yoxdur"- Akopyan
Akopyan Davtyanın baş qərargah rəisi təyin edilməsi ilə bağlı olan təklifi müsbət qarşılamayıb. "Mənim bu məsələyə münasibətim mənfidir. Ona ordunu məhv etmək tapşırılmışdı, uğursuz oldu. İndi isə ordunu sona kimi məhv etmək tapşırılır".
O həmçinin jurnalistin "hadisələrin inkişafını necə proqnozlaşdırırsınız, toqquşmalar olacaqmı?" sualına "Dövlətin məhv olacağını proqnozlaşdırıram" deyərək cavab verib.
Akopyan prezidentin Artak Davtyanın baş qərargah rəisi təyin edilməsi haqqında sərəncam imzalayacağı təqdirdə Paşinyanla həmrəyliyi bəlli olacağına dair suala isə belə cavab verib. "Prezident institutunun qadın institutundan fərqi yoxdur, heç bir rol oynamır".
Tural Tağıyev
Azvision.az
Teqlər: Ermənistan Ordu Akopyan







Vaxtında, Aydın, Lazımlı!


