FHN-də İctimai Şuranın seçki komissiyasının iclası keçirilib - VİDEO

FHN-də İctimai Şuranın seçki komissiyasının iclası keçirilib -    VİDEO
  10 Mart 2021    Oxunub:3004
Cari ilin 26 fevral – 3 aprel tarixlərində Fövqəladə Hallar Nazirliyi yanında yaradılacaq İctimai Şuraya üzvlük üçün müraciətlərin qəbulu həyata keçirilir.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, “İctimai iştirakçılıq haqqında” qanunun və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, 10 mart 2021-ci il tarixində Nazirlikdə İctimai Şuranın seçki komissiyasının növbəti iclası keçirilib.

Nazirliyin inzibati binasında keçirilmiş iclasa komissiyanın sədri, Fövqəladə Hallar nazirinin müavini Faiq Tağı-zadə sədrlik edib. Seçki komissiyasının iclasında vətəndaş cəmiyyəti institutları tərəfindən namizədlikləri irəli sürülmüş nümayəndələrin müraciətlərinə baxılıb, onların qeydiyyatı və İctimai şuraya seçkilərə hazırlıqla bağlı digər məsələlər müzakirə olunub.



Azvision.az


Teqlər: FHN   İctimai-Şura   Seçki  






Xəbər lenti