Türkiyədə “Britaniya ştammı”na 41 mindən çox yoluxma aşkarlanıb
Nazir qeyd edib ki, indiyədək Türkiyənin 76 vilayətdə 41 488 nəfərdə koronavirusun Böyük Britaniyada aşkar edilmiş növünə rast gəlinib.
Bundan əlavə, 9 vilayətdə 61 nəfərdə Cənubi Afrika, bir vilayətdə iki nəfərdə Kaliforniya-Nyu-York və bir sakində isə Braziliya ştammı aşkarlanıb.
Xatırladaq ki, koronavirusun mutasiyaya uğramış yeni növü ilk dəfə Böyük Britaniyada yayılıb. 70 faiz yoluxucu olan virus 110-dan çox ölkədə təsbit edilib.
Azvision.az
Teqlər: Türkiyə Ştamm Britaniya







Vaxtında, Aydın, Lazımlı!


