Qırğızıstan parlamenti referendumun tarixini təsdiqlədi

Qırğızıstan parlamenti referendumun tarixini təsdiqlədi
  11 Mart 2021    Oxunub:2700
Qırğızıstan parlamenti 11 aprel tarixində konstitusiyaya dəyişikliklərlə bağlı referendumun təyin edilməsini təsdiqləyib.
Azvision.az xəbər verir ki, müvafiq qərar qanunverici orqanın iclasında qəbul olunub.

Referendumun təyin edilməsi haqqında qanun layihəsinin lehinə 94 deputat, əleyhinə 6 deputat səs verib.

Yeni konstitusiya layihəsi 9 fevral tarixində Qırğızıstan parlamentinin saytında dərc edilib. Sənəddə prezident və hökumət təsisatlarının yenidən formalaşdırılması nəzərdə tutulub.

Kabinetin formalaşmasına və işinə görə məsuliyyəti prezident daşıyacaq, kabinetə Prezident Administrasiyasının başçısı rəhbərlik edəcək. Bundan əlavə, parlament üzvlərinin sayının 120-dən 90-a endirilməsi təklif olunur.

Əslində təklif olunan yeniliklər parlament-prezident idarəetmə formasından prezident idarəetmə formasına qayıtmaq deməkdir. Ölkə vətəndaşlarının 80%-i 10 yanvar referendumu zamanı prezident idarəçiliyinə qayıtmağa səs verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: referendum  



Xəbər lenti