Ermənistanda yoluxma sayı 176 mini ötüb

 Ermənistanda yoluxma sayı 176 mini ötüb
  11 Mart 2021    Oxunub:1568
Ermənistanda son sutka ərzində daha 748 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 176 286 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3239-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 834 nəfərdir. Aktiv xəstələrin sayı 6772 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19   Ermənistan  



Xəbər lenti