Paşinyanı ələ salan generalın məhkəməsi olacaq
Martın 3-də Xaçatryan prezidentin onu Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən kənarlaşdırılması barədə sərəncamının qüvvədən düşməsi tələbilə məhkəməyə müraciət edib.
İşə hakim Meri Ambarsumyan baxacaq. İş üzrə cavabdeh şəxs prezident Armen Sarkisyandır, baş nazirlik aparatı və Silahlı Qüvvələrin Baş Qərargahı üçüncü tərəf kimi prosesə cəlb olunub.
Xatırladaq ki, Xaçatryan baş nazir Nikol Paşinyanın Qarabağ müharibəsində "İsgəndər" raketlərindən istifadə edildiyi, amma partlamadığı barədə açıqlamasına reaksiyasından sonra vəsifəsindən azad edilib. O, Paşinyanın fikirlərini gülüşlə qarşılayaraq ələ salmışdı.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: TiranXaçatryan







Vaxtında, Aydın, Lazımlı!


