Protez göz köçürülən qazi: “İndi özümü yaxşı hiss edirəm” - VİDEO
N.Abdullayev bildirib ki, indi özünü yaxşı hiss edir:
"Gözümdən qəlpə yarası almışdım, göz qapağı əməliyyat olunub. İsraildən gələn həkimlər müayinə etdilər, gözümə implant qoydular. İndi özümü çox normal hiss edirəm. Yaxşıyam, ağrılarım yoxdur. Sadəcə olaraq göz qapağım bağlanmır, amma həkimlər bildirdilər ki, müəyyən bir vaxtdan sonra bağlanacaq", - Abdullayev əlavə edib.
Qeyd edək ki, “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən tibbi-humanitar yardım məqsədilə Azərbaycana gələn oftalmoloqlardan ibarət nümayəndə heyəti qısa müddət ərzində 150-dən çox qazini müayinə edib.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


