Rusiyada son sutkada 459 nəfər virusdan öldü

Rusiyada son sutkada 459 nəfər virusdan öldü
  11 Mart 2021    Oxunub:3130
Rusiyada son sutka ərzində koronavirusa 9270 yeni yoluxma halı qeydə alınıb .
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 360 823 nəfərə çatıb.

Rusiyada son bir gündə 459 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 90 734 nəfərdir. İndiyədək 3 959 533 nəfər sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  



Xəbər lenti