“Azəriqaz”da kadr dəyişikliyi olub

“Azəriqaz”da kadr dəyişikliyi olub
  11 Mart 2021    Oxunub:3082
“Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.
Qurumdan Azvision.az -a verilən məlumata görə, Baş direktor Ruslan Əliyevin imzaladığı əmrlərlə Fariz Rza oğlu Məmmədov digər işə keçməsi ilə əlaqədar olaraq “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad olunub.

Bu vəzifəyə Zaur Ləyaqət oğlu Məmmədov təyin edilib. Z.Məmmədov bu təyinata qədər Bakı Regional Qazın Satışı Departamentinin rəisinin Xəzər rayonu Xidmət Sahəsi üzrə müavini vəzifəsində çalışıb.

Azvision.az


Teqlər: Azəriqaz   Kadr   Dəyişiklik  






Xəbər lenti