Manukyanın işi prokurorluğa göndərildi

Manukyanın işi prokurorluğa göndərildi
  11 Mart 2021    Oxunub:3362
Ermənistan müxalifətinin baş nazir vəzifəsinə namizədi Vazgen Manukyanın işi ittiham aktı ilə birgə prokurorluğa göndərilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Manukyan konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırışda ittiham olunur. Onun barəsində ölkəni tərk etməməklə bağlı qətimkan tədbiri seçilib.

İş materiallarına əsasən, Manukyan 12, 20 və 26 fevral tarixlərində keçirilən mitinqlərdə oxşar çağırışlar edib.

Müxalifət liderinin vəkilləri apellyasiya şikayəti vermək niyyətindədir və işi siyasi sifarişli hesab edirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  



Xəbər lenti