Yoluxma sayı yenidən niyə artır? - Həkimdən açıqlama
“İnsanlar yenidən toplaşmağa, qaydalara riayət etməməyə başlayırlar. Bu da yoluxma sayının artımına gətirib çıxarır. Yoluxma saylarına baxsaq, bunun zəncirvari olduğunu görərik. Bir-birinə yaxın adamlar arasında yoluxma sürətlə yayılır”.
G.Əliyeva qeyd edib ki, vaksinasiya sayəsində daha qlobal rəqəmləri görməyəcəyik: “Əhali özü vaksinasiyada maraqlıdır. Bizim də vaksinasiya prosesinə böyük ümidlərimiz var. Lakin əhalinin çox hissəsi vaksinasiya olunana qədər özümüzü qorumalıyıq. Qarşıdan Novruz bayramı və qeyri-iş günləri gəlir. Biz millət olaraq çox qonaqpərvərik. Bir-birimizə qonaq gedib-gəlməyi, bayramlaşmağı sevirik. Lakin biz bunları etdikcə, yoluxma sayında artımlara səbəb olacağıq.
Vətəndaşlara tövsiyəm odur ki, qonaq getməyək, toplaşmayaq, qaydaları unutmayaq, bayramdan sonra COVID-in bizə xüsusi sürprizi olmasın, böyük rəqəmlər görməyək.
Toplaşmamağa daha çox çalışaq, çölə çıxanda maskalarımızı geyinək, şəxsi gigiyenaya riayət edək. Koronavirusa yoluxmuş şəxslərdə birdən-birə yüksək qızdırma, tənəffüs çatışmazlığı olmur. İlk başda adi soyuqdəymə, yüngül halsızlıqla başladığı üçün şəxs koronavirus olduğu barədə qərar verə bilməz və bizi yoluxdura bilər. Bu səbəbdən bunlara diqqət etməliyik”.
Qeyd edək ki, son günlər ölkəmizdə yoluxma sayında artım müşahidə edilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 10-a olan məlumatına görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 515 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
İindiyədək ümumilikdə 237 775 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 116 nəfər müalicə olunaraq sağalıb, 3 257 nəfər vəfat edib, aktiv xəstə sayı 4 402 nəfərdir.
Aytən Zəhra
Azvision.az
Teqlər: Koronavirus







Vaxtında, Aydın, Lazımlı!


