Dağıstanda terror planlaşdıran şəxs məhv edilib

Dağıstanda terror planlaşdıran şəxs məhv edilib
  11 Mart 2021    Oxunub:3058
Dağıstanda terror hücumu planlaşdıran şəxs məhv edilib.
Azvision.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Terrorla Mübarizə üzrə Milli Komitə məlumat yayıb.

Yaraqlıdan silahlı və "intihar kəməri" tapılıb.

"11 mart tarixində Dağıstanda əks-terror əməliyyatı zamanı silahlı müqavimət göstərən cinayətkar zərərsizləşdirilib. Atışma yerindən avtomat, çoxlu sayda döyüş sursatı və istifadəyə hazır əldəqayırma partlayıcı qurğu, "intihar kəməri" tapılıb”, - məlumatda deyilir.

Qeyd olunub ki, əməliyyat zamanı mülki insanlar və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itki olmayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: terrorhücumu  



Xəbər lenti