Netanyahunun BƏƏ-yə səfəri təxirə salındı

Netanyahunun BƏƏ-yə səfəri təxirə salındı
  11 Mart 2021    Oxunub:2838
İsrailin Baş naziri Binyamin Netanyahu Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) bu gün planlaşdırılan səfərini təxirə salıb.
Azvision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bundan əvvəl “The Times of Israel” nəşri Baş nazirin həyat yoldaşı Sara Netanyahunun appendisit şübhəsi ilə dünən gecə xəstəxanaya yerləşdirilməsi səbəbindən səfərin təxirə salınacağını yazıb.

Xatırladaq ki, Netanyahunun BƏƏ-yə səfəri daha əvvəl İsraildə qüvvədə olan karantin məhdudiyyətlərinə görə üç dəfə təxirə salınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BƏƏ  



Xəbər lenti