“YAP-ın fəaliyyətində yeni dövr başlayıb” - Azər Badamov
“Burada ölkəmizdəki siyasi sabitliyi möhkəmlətmək, ölkənin iqtisadi gücünü artırmaq və işğal altındakı torpaqlarımızı azad etmək kimi vəzifələr prioritet idi. Torpaqlarımız artıq işğaldan azad olunub. Partiyamızın VII Qurultayında sədrimiz qarşımıza yeni vəzifələr qoydu. Bildiyiniz kimi qurultayda YAP-ın yeni nizamnaməsi qəbul olundu və yeni proqramın 3 ay ərzində hazırlanması ilə bağlı İdarə heyətinə tapşırıq verildi. Yeni proqramda yeni reallıqlara uyğun dövlətimizin həyata keçirdiyi böyük qayıdışa dəstək vermək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında fəaliyyətini aktivləşdirmək, yeni siyasi dialoq mühitinin inkişafında yaxından iştirak etmək, həmrəylik və milli birliyin möhkəmləndirilməsinə töhfə vermək istiqamətləri özündə əks olunacaq”.
Azər Badamov YAP-ın VII Qurultayında partiya daxilində struktur və kadr islahatlarının keçirilməsinə də münasibət bildirib:
“Siyasi Şura və Qadınlar Şurası ləğv edilərək mövcud yeni reallıqlara uyğun daha çevik və operativ fəaliyyəti həyata keçirmək üçün İdarə Heyətinin tərkibi 20 nəfərdən 40 nəfərə artırıldı. Həm də Ulu Öndər Heydər Əliyevin yanında olmuş və heç nədən qorxmayaraq partiyamızın yaranmasında və fəaliyyətinə dəstək vermiş ağsaqqalların töhfələri yüksək dəyərləndirilərək Veteranlar Şurası təsis olundu. YAP ümumxalq partiyasına çevrilib. Qurultayda 6 siyasi partiyasının YAP-a birləşmək üçün müraciət etməsini ölkəmizdəki milli birliyin və həmrəyliyin təntənəsi hesab edirəm. YAP xalqa xidmət etmək missiyasını öz üzərinə götürüb. Düşünürəm ki, yeni dövrdə bu missiyasının əhatə dairəsi daha da genişləndiriləcək, müstəqilliyimizin möhkəm və əbədi olmasına töhfələr veriləcək”.
Tural Tağıyev
Azvision.az
Teqlər: YAP Qurultay Deputat Proqram







Vaxtında, Aydın, Lazımlı!


