Şahzadə Meqanın ittihamlarına cavab verdi: “Biz irqçi ailə deyilik”

Şahzadə Meqanın ittihamlarına cavab verdi:  “Biz irqçi ailə deyilik”
  11 Mart 2021    Oxunub:3390
Britaniya şahzadəsi Uilyam qardaşı, şahzadə Harri və onun həyat yoldaşı Meqan Marklın irqçiliklə bağlı açıqlamalarını təkzib edib.
Azvision.az xəbər verir ki, bu barədə o, “Sky News”a müsahibəsində bildirib.

Uilyam, kral ailəsi üzvlərinin irqçi olmadığını söyləyib: "Biz irqçi olmayan bir ailəyik".

O, məlum müsahibədən sonra qardaşı ilə danışmadığını, amma bunu planlaşdırdığını söyləyib: "Hələ onunla danışmamışam, amma planlaşdırıram".

Qeyd edək ki, Meqan kral ailəsinə və ingilis monarxiyasının imicinə zərər vuran sensasiyalı açıqlamalar verib. Xüsusilə, o, ərinin qohumlarından birinin (bu II Yelizaveta və şahzadə Filip olmayıb) bətnindəki körpəsinin dərisinin rəngi ilə bağlı narahatlığı, özünün intihar düşüncəsində olması və ona ailədə kömək edilmədiyi barədə fikirlər səsləndirib.

Böyük Britaniya kraliçası yaxın bir neçə gün ərzində şahzadə Harri ilə telefonla danışmaq və onunla müsahibəni müzakirə etmək niyyətindədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Britaniyaşahzadəsi  



Xəbər lenti