“Çox sevincliyik. Oğlumun ölümündən sonra aylar idi ki, üzümüz gülmürdü. Nəvəmin dünyaya gəlişi bizə yeni həyat bağışladı. Atasının bu günü görmədiyinə görə üzülürəm. Onun övladı ilə bağlı arzuları var idi. Uşaq doğulmamışdan öncə Nurlanın qəbrini ziyarət etdik. Uşağın və ananın vəziyyəti yaxşıdır. Keçirdiyi stresslərdən dolayı gəlinimdə şəkər xəstəliyi yaranıb. Bunun uşağın səhhətinə təsir edəcəyindən qorxurduq, amma çox şükür ki, balaca Nurlanın sağlamlığı yerindədir”, - şəhidin anası söyləyib.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayev Murov, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edərək torpaqlarımızın işğaldan azad olunması uğrunda canını fəda edib. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Şahanə Rəhimli
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


