Koronavirusa yoluxanların sayı 119 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 119 milyonu keçdi
  12 Mart 2021    Oxunub:2874
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 119 milyon 120 min 403 nəfərə çatıb.                            
               
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 641 min 786 nəfərdir. İndiyədək 94 milyon 731 min 155 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.   
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 29 925 902 nəfər virusa yoluxub, 543 721 pasiyent dünyasını dəyişib.                    
                   
İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 308 846 yoluxma qeydə alınıb. Onlardan 158 326 nəfəri vəfat edib.                    
                   
Üçüncü sırada yer alan Braziliyada  pandemiya dövründə 11 284 269 nəfərdə virus aşkar edilib. Xəstələrdən 273 124 nəfəri həyatını itirib.                    
                   
Dördüncü yerdə qərarlaşan Rusiyada  4 360 823 yoluxma, 90 734 ölüm faktı qeydə alınıb.                    
                   
Siyahıda beşinci olan  Böyük Britaniyada  4 241 677 nəfər virusa yoluxub ki, onlardan 125 168-i ölüb.                    
                   
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.                    
                   
Aytən Zəhra                               
Azvision.az



Teqlər: ÜST   Koronavirus  



Xəbər lenti