Ermənistanda koronavirusa yoluxma sayı 177 mini ötdü

 Ermənistanda koronavirusa yoluxma sayı 177 mini ötdü
  12 Mart 2021    Oxunub:1436
Ermənistanda son sutka ərzində daha 818 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 177 104 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3243-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 835 nəfərdir. Aktiv xəstələrin sayı 7308 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  



Xəbər lenti