Türkiyədəki zəlzələ Ermənistanı silkələdi

 Türkiyədəki zəlzələ Ermənistanı silkələdi
  12 Mart 2021    Oxunub:2902
Türkiyənin Ağrı vilayətinin Doğubəyazit rayonunda 4.0 bal gücündə zəlzələ olub.
Azvision.az “TRT Haber”ə istinadla xəbər verir ki, səhər saat 08.57-də qeydə alınan zəlzələ 7 kilometr dərinlikdə baş verib.

Yeraltı təkanlar zamanı insan itkisi qeydə alınmayıb.

Türkiyədə baş vermiş zəlzələ Ermənistanda da hiss edilib. Erməni KİV-ləri Armavir vilayətinin kəndləri və İrəvanda 2-3 bal gücündə təkanların olduğu barədə məlumat yayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: zəlzələ  



Xəbər lenti