Heydər Əliyev Fondu Əməkdar artistin müalicəsini nəzarətə götürdü

  Heydər Əliyev Fondu Əməkdar artistin müalicəsini nəzarətə götürdü
  12 Mart 2021    Oxunub:2891
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırov Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə aldığı 5 saylı Şəhər Klinik Xəstəxanasından “Bona Dea International Hospital”a köçürülüb.
Azvision.az xəbər verir ki, bu barədə Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib.

Onun sözlərinə görə, hazırda aktyorun vəziyyəti orta-stabildir.

"Səhhətində o qədər də irəliləyiş yoxdur. Huşu aydındır, nitqində qarışıqlıq var, bir qolu tamamilə işləmir. Müalicəsi davam etdirilir".

Qeyd edək ki, Əməkdar artist Pərviz Bağırov bir neçə gün əvvəl beyin infarktı keçirib.

Azvision.az


Teqlər: Əməkdar-artist  






Xəbər lenti