“Pensiya əsassız olaraq dayandırılmır” - DSMF sədri

 “Pensiya əsassız olaraq dayandırılmır” -  DSMF sədri
  12 Mart 2021    Oxunub:1858
Dövlət Sosial Müdafiə Fondu tərəfindən heç bir şəxsin pensiyası əsassız olaraq dayandırılmır. 2018-ci ildən etibarən pensiyaların vahid arxivdə cəmləşməsi, yoxlanılması ilə bağlı çox ciddi iş aparılır. Pensiyaların yoxlanılması zamanı şəxsin əsassız olaraq pensiya hüququndan istifadə etdiyi məlum olur, ya da vətəndaşın pensiyasının təyin olduğu dövrdəki qanunvericiliyə və hazırki qanunvericiliyə uyğun olmadığı müəyyən edilir.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov bildirib.

O qeyd edib ki, indiyə qədər dayandırılmış pensiya işlərindən əsaslı şəkildə şikayət daxil olmayıb.

“Vətəndaşların müraciəti olub və birlikdə pensiya işlərinə baxılıb, hansı səbəbdən dayandırılması izah olunub. Son 2 il ərzində şəffaflaşma nəticəsində pensiya üzrə əsassız ödənişlər təxminən 280 milyon manat məbləğində qiymətləndirilib".

Aytən Zəhra
Azvision.az


Teqlər: Pensiya  






Xəbər lenti