“Döyüş təcrübəmizi bir çox ölkələrin orduları öyrənir” - Müdafiə naziri

“Döyüş təcrübəmizi bir çox ölkələrin orduları öyrənir” -   Müdafiə naziri
  12 Mart 2021    Oxunub:2593
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında əks-həmlə əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatıb və torpaqlarımız işğaldan azad edilib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

Azərbaycan Ordusu tərəfindən keçirilən uğurlu hərbi əməliyyatlar haqqında qonağa məlumat verən nazir bildirib ki, 44 gün davam edən müharibədə ordumuzun qazandığı döyüş təcrübəsi bir çox dünya ölkələrinin orduları və beynəlxalq hərbi ekspertlər tərəfindən öyrənilir.

Azvision.az


Teqlər: Vətən-müharibəsi  






Xəbər lenti