Ermənistan hərbi təlimlərə başlayır

 Ermənistan hərbi təlimlərə başlayır
  12 Mart 2021    Oxunub:2704
Ermənistan ordusu 7500 min hərbçinin iştirakı ilə təlimlər keçirəcək.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Silahlı Qüvvələrin 2021-ci ilədək hazırlıq planına əsasən, təlimlər 16-20 mart tarixlərində baş tutacaq.

Təlimin məqsədi döyüş qabiliyyətini, əməliyyat səviyyəsində komanda və idarəetmə qabiliyyətlərini və sürətli cavab bacarıqlarını yoxlamaqdır.

Təlimlərə təxminən 7,5 min hərbçi, 200-ə yaxın raket və artilleriya, 150 tank əleyhinə sistem, 100-ə yaxın zirehli texnika, 90 ədəd hava hücumundan müdafiə sistemi cəlb ediləcək. Aviasiya da onların hərəkətlərinə dəstək olacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hərbi-təlim   Ermənistan  



Xəbər lenti