Paşinyanı dəstəkləyən iş adamı “vuruldu”

 Paşinyanı dəstəkləyən iş adamı “vuruldu”
  12 Mart 2021    Oxunub:2070
Ermənistan mətbuatı ölkədə baş verən anormal hadisələrə daha birinin əlavə olunduğunu yazıb.
Azvision.az xəbər verir ki, İrəvanda fəaliyyət göstərən məşhur "Dolmama" restoranının sahibi gözlənilmədən mülkündən məhrum olub. Məsələnin ilginc tərəfi budur ki, o, hazırda restoranını əlindən alan Paşinyan hökumətinə güclü dəstək verən şəxslərdən olub:

"İrəvanın mərkəzində fəaliyyət göstərən məşhur "Dolmama" restoranının sahibi Jirayr Avanyana 15 gün vaxt verilib ki, fəaliyyətini dayandırsın. Restoran sahibi qurduğu böyük obyektə sahib olmadığını öyrənib. Ona rəsmən bəyan ediblər ki, sənin bundan sonra "Dolmama"ya aidiyyətin olmayacaq. Məhkəmə aktı ilə tezliklə ərazi boşaldılacaq", - erməni KİV-ləri yazır.

Jirayr jurnalistlərə açıqlamasında təslim olmayacağını, sonadək mübarizə aparacağını deyib.

"Bunu təsəvvür belə etməzdim. Elə bir ölkədə yaşayaram ki, razılığım olmadan kimsə gəlib əmlakımı əlimdən almaq üçün heç bir maliyyə danışıqları aparmadan belə addım atar. Mən heç vaxt obyekti satmağa razı olmamışam".

"Xatırladaq ki, "Dolmama" restoranının sahibi 2018-ci ilin yazında Nikol Paşinyanın hakimiyyətə gəlişini məmnuniyyətlə qarşıladığını bəyan edərək, ona dəstək nümayiş etdirib. İş adamı bütün mümkün vasitələrdən istifadə edərək Paşinyana dəstəyini ifadə edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Restoran   Paşinyan   Dəstək   İrəvan  



Xəbər lenti