Əfqanıstan hökuməti Moskva görüşündə təmsil olunacaq

Əfqanıstan hökuməti Moskva görüşündə təmsil olunacaq
  12 Mart 2021    Oxunub:2341
Əfqanıstan hökuməti martın 18-də Moskvada keçiriləcək görüşdə təmsil olunacaq.
Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstan Xaici İşlər Nazirliyinin nümayəndəsi Həmid Təhzib bildirib.

Onun sözlərinə görə, hakimiyyət hələ görüşdə dövləti kimin təmsil edəcəyinə qərar verməyib.

“Əfqanıstan hökuməti ölkədə qalıcı sülhün bərqərar edilməsi səylərini alqışlayır. Ölkəmiz Moskva görüşündə iştirak edəcək, indi Əfqanıstanı kimin təmsil edəcəyi ilə bağlı məsləhətləşmələr aparılır", - XİN nümayəndəsi deyib.

Qeyd edək ki, Rusiya ABŞ, Çin və Pakistanı 18 martda Moskvada keçirilməsi planlaşdırılan Əfqanıstanda sülh yolu ilə nizamlanmaya dair genişlənmiş üçlükdə məsləhətləşmələrə dəvət edib.

“Taliban”dan da nümayəndə heyətinin iştirakı gözlənilir. Bütün dəvət olunmuş tərəflər tədbirdə iştiraklarını təsdiqləyblər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan  



Xəbər lenti