Qazın tərkibinə hava vurulur? - Rəsmi açıqlama

 Qazın tərkibinə hava vurulur? -  Rəsmi açıqlama
  12 Mart 2021    Oxunub:2377
Qaz olmayan ərazilərdə küçə xətlərinin çəkilməsi prosesinə adətən may ayından başlanılır.

Azvision.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin direktoru Ruslan Əliyev deyib. O bildirib ki, hazırda qış fəsli üzrə cari işlər həyata keçirilir.
“May ayından sentyabra qədər bizim cari işlər azalır. Bu dönəmdə plan qurulur ki, qaz olmayan sahələr, küçələrə qaz xətləri çəkilsin və sakinlər fərdi qazlaşmanı həyata keçirə bilsinlər. Hal-hazırda qazi və şəhid ailələri olan küçələrdə qaz xətlərinin çəkilməsi prioritetdir”.

R.Əliyev, həmçinin qazın tərkibinə hava vurulması barədə yayılan məlumatlara da aydınlıq gətirib. Qurum rəhbəri vurğulayıb ki, qaza havanın vurulması kimyəvi və fiziki baxımdan mümkünsüzdür.

Aytən Zəhra
Azvision.az


Teqlər: Azəriqaz  






Xəbər lenti