“Çindən daha 50 milyon doza vaksin ala bilərik” - Ərdoğan

 “Çindən daha 50 milyon doza vaksin ala bilərik” -  Ərdoğan
  12 Mart 2021    Oxunub:2155
Türkiyə Çindən daha 50 milyon doza vaksin ala bilər.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ölkə başçısı bildirib ki, Türkiyə ilə Çin arasında peyvəndlə bağlı razılaşma var.

“Almaniya, Rusiya ilə də razılaşmamız var. Danışıqlar səhiyyə nazirlikləri arasında davam edir. Çindən ikinci paketin gəlməsi mümkündür. Razılaşsaq, Çindən daha 50 milyon vaksin ala bilərik", - deyə Ərdoğan əlavə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə  



Xəbər lenti