|
| DSX cüyür balasına yardım etdi │ FOTOLAR |
Döyüş əməliyyatlarının ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad ediblər. 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə dağıdıcı zərbələr endirilərək Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağı qaldırılıb, qızğın döyüşlər nəticəsində Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəklikləri azad edilib.
AN-2 təyyarələrinin pilotsuz uçuş aparatları kimi modernləşdirilərək müasir döyüş elementləri sırasına əlavə edilməsi və xüsusi döyüş fəndi kimi tətbiqi, DSX-nin “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar istifadəsi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemləri, zenit-raket kompleksləri, raket sistemləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilmiş, ümumilikdə 290 düşmən hədəfi məhv edilib.
Hazırkı tədbirin baş tutduğu ərazilərdə DSX bölmələri tərəfindən düşmənə endirilən sarsıdıcı zərbələr, o cümlədən çoxsaylı silah-sursatının qənimət kimi götürülməsi, noyabr ayının 1-də Bartaz və Şükürataz yüksəklikləri uğrunda gedən döyüşlərdə şəxsi heyətə hücum edən düşmənin SU-25 qırıcı təyyarəsinin qəhrəman çevikçiləri tərəfindən atıcı silahlarla məhv ediməsi və bu kimi digər hərbi uğurların Vətən müharibəsi tarixinin önəmli hadisələrindən olması vurğulanıb.
Azərbaycan dövlətçiliyinə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən, Ali Baş Komandanının rəhbərliyi altında işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən Azərbaycan sərhədçisinin müqəddəs torpaqlarımızın azad olunmasında iştirakından, bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət aparmasından böyük şərəf və qürur duyması bildirib.
Ermənistanla dövlət sərhədinin əhəmiyyətli hissəsinin mühafizəsinə cavabdeh olan yeni hərbi hissənin fəaliyyətə başlamasının xüsusi əhəmiyyət kəsb etməsi qeyd edilib, hər zaman dövlət maraqlarının keşiyində duran Azərbaycan sərhədçisinin ölkəmizin müqəddəs hüdudlarını qorumaq kimi şərəfli missiyanın öhdəsindən bundan sonra da layiqincə gələcəyinə əminlik ifadə olunub.
Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif edilib.
Sonra mərasim iştirakçıları hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə yerinə yetirilməsi üçün yaradılmış şəraitlə, o cümlədən zəruri avadanlıqlar, mebel, məişət əşyaları, istilik sistemi ilə təmin edilmiş xidməti otaqlar, kazarma və yeməkxana, hamam-camaşırxana kompleksi, anbar, silah və texniki vasitələrinə baxış keçiriblər.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


