Sarkisyanın səhhətində problem yaranıb

  Sarkisyanın səhhətində problem yaranıb
  12 Mart 2021    Oxunub:2481
Ermənistan prezidenti Armen Sarkisyanın səhhətində problem yaranıb.
Azvision.az xəbər verir ki, bu barədə onun köməkçisi Asmik Petrosyan bildirib. Onun sözlərinə görə, Sarkisyan İrəvandakı “Astxik” tibb mərkəzində müayinə olunur.

Petrosyan deyib ki, prezidentin səhhətində koronavirusla əlaqədar müəyyən fəsadlar yaranıb və bu səbəbdən klinikaya yerləşdirilib.

Erməni KİV-lərinin yaydığı məlumata görə, vəziyyəti pisləşən Sarkisyanın ürəyinə stent qoyulub.

Azvision.az


Teqlər: Armen-Sarkisyan  



Xəbər lenti