“Paşinyan təcili istefa verməlidir” - Tsarukyan
Azvision.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının və eyni adlı parlament fraksiyasının rəhbəri Qaqik Tsarukyan deyib.
“Bu hökumət tamamilə nəsə etmək gücündə deyil, ölkəni xilas etmək üçün yeni bir hökumət qurulmalıdır".
Tsarukyan mövqeyində və Paşinyanın fəaliyyəti ilə bağlı vəziyyətin qiymətləndirilməsində heç bir dəyişiklik olmadığını vurğulayıb.
"Paşinyan istefaya getməli və erkən seçkilər təşkil olunmalıdır. Paşinyanla görüş yalnız bu məsələni müzakirə etmək üçün mümkündür", - deyən partiya sədri müxalifətin prezidentlə görüşün formatını və şərtlərini təqdim etdiyini diqqətə çatdırıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Paşinyan







Vaxtında, Aydın, Lazımlı!


