Ermənistanda yoluxma və ölüm sayı artdı

 Ermənistanda yoluxma və ölüm sayı artdı
  13 Mart 2021    Oxunub:2419
Ermənistanda son sutka ərzində daha 795 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 177 899 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 10 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3253-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 836 nəfərdir. Aktiv xəstələrin sayı 7835 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  



Xəbər lenti