Erməni hərbi ekspert: “Havada müharibə qoxusu var”

  Erməni hərbi ekspert:  “Havada müharibə qoxusu var”
  13 Mart 2021    Oxunub:3600
"Müharibə qoxusu yaxınlaşır. Müharibənin nəfəsi daha çox Sünikin (Zəngəzur) qapılarında hiss olunur"
Azvision.az xəbər verir ki, bu sözləri erməni hərbi ekspert David Camalyan yerli mediaya açıqlamasında deyib.

O, yenidən müharibənin olacağını istisna etmir: "Ermənistanda baş qərargah rəisi hərbi vəziyyətə görə dəyişir. Onik Qasparyanı və generalları oyundan kənarlaşdırmaq hələ tezdir. Onlar sözlərini deyəcəklər, əminəm ki, nə isə gözləyirlər, yaxın günlərdə nələrsə olacaq".

Erməni ekspert hesab edir ki, ikinci Qarabağ müharibəsinə baş nazir Nikol Paşinyan səbəb olub.

“Fəlakətimizin səbəbi Nikol Paşinyan və onun komandasıdır",- deyə hərbi ekspert vurğulayıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Müharibə   Ermənistan   Paşinyan  



Xəbər lenti