“COVID-19-dan daha ölümcül viruslar yayılacaq” - Uğur Şahin

 “COVID-19-dan daha ölümcül viruslar yayılacaq” -  Uğur Şahin
  13 Mart 2021    Oxunub:2137
COVID-19 dünyanın üzləşdiyi sonuncu pandemiya deyil, gələcəkdə daha ağır nəticələrə və ölümlərə səbəb olacaq viruslar yayılacaq.
Azvision.az xəbər verir ki, bunu "BioNTech"-"Pfizer" peyvəndinin yaradıcısı, türk əsilli amil Uğur Şahin deyib. O bildirib ki, vəziyyətdən çıxmaq üçün hazırlıqlı olmaq lazımdır.

"Dərman istehsalçıları və dünya ölkələrinin birinci hədəfi peyvənddən sonra 3 ay ərzində əhalidə immunitetin yaradılmasına nail olmaqdır", - deyən U.Şahinin sözlərinə görə, dünyadakı peyvənd istehsalı və kampaniyaların hazırkı vəziyyətinə nəzər yetirdikdə, bu sadəcə xəyal olaraq görünür.

"Vəziyyətdən çıxış yolu dövlətlər və özəl şirkətlər arasında işbirliyinin əldə olunmasındadır. Nəticə əldə etmək üçün sığorta sistemindəki problemlər aradan qaldırılmalıdır. Hazırda dünyanın bütün əhalisi üçün vaksin istehsal etməyə hazır deyilik. Bu nəticə dəyişməlidir. Peyvəndi tez zamanda tapmaqla yanaşı, yetəri qədər istehsal etmək də vacibdir. Hazırda Avropanın 7, ABŞ əhalisinin 19 faizi birinci doza peyvənd vurdurub. Fikrimcə, peyvənd istehsalçıları gələn il bütün dünyaya yetəcək qədər vaksin istehsal edə biləcəklər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Peyvənd  



Xəbər lenti