İrəvanda polislə etirazçılar arasında qarşıdurma: Saxlanılanlar var

 İrəvanda polislə etirazçılar arasında qarşıdurma:  Saxlanılanlar var
  13 Mart 2021    Oxunub:3215
Ermənistanın paytaxtı İrəvanın mərkəzində vəziyyət gərginləşib.

Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, prezident iqamətgahının xidmət girişinə aparan Zurabyan küçəsində polislə etiraz aksiyasının iştirakçıları arasında qarşıdurma olub.
Müxalifətin "Vətənin qurtuluşu hərəkatı"nın tərəfdarları "Nikol xaindir", "Nikol get" şüarları səsləndirirlər.

Məlumata görə, polislə toqquşmada bir nəfər xəsarət alıb. Hüquq mühafizə orqanlarının əməkdaşları bir neçə etirazçını saxlayıb. Hələlik saxlanılan şəxslərin sayı məlum deyil.

Əraziyə əlavə polis qüvvələri cəlb olunub.

Qeyd edək ki, hazırda prezident Armen Sarkisyanla baş nazir Nikol Paşinyan arasında prezident iqamətgahında görüş keçirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Polis   Aksiya  



Xəbər lenti