Koronavirusa yoluxanların sayı 492 mindən çox artdı

Koronavirusa yoluxanların sayı 492 mindən çox artdı
  14 Mart 2021    Oxunub:2936
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 492 mindən çox artıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutkada 492 351 nəfər koronavirusa yoluxub, 9689 pasiyent dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 118 754 336, ölənlərin sayı isə 2 634 370 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  



Xəbər lenti