Koronavirusa yoluxanların sayı 120 milyonu keçdi
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, dünya ölkələri üzrə yoluxma sayı 120 milyon 57 min 630-a çatıb. Pandemiya qurbanlarının sayı 2 milyon 659 min 836 nəfərdir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatına əsasən, ötən sutkada 492 351 nəfər koronavirusa yoluxub, 9689 pasiyent dünyasını dəyişib.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 220-dən çox ölkədə qeydə alınıb.
Azvision.az
Teqlər: Koronavirus Pandemiya







Vaxtında, Aydın, Lazımlı!


