Egey dənizində 34 miqrant xilas edildi

Egey dənizində 34 miqrant xilas edildi
  14 Mart 2021    Oxunub:1673
Egey dənizində Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 34 miqrant saxlanılıb.
Azvision.az xəbər verir ki, hadisə İzmir vilayətinin Karaburun rayonu yaxınlığında baş verib. Belə ki, Türkiyə ərazisini tərk etmək istəyən miqrantların olduğu qayıq güclü külək səbəbindən istiqamətini dəyişib.

Boğulma təhlükəsi ilə üzləşən miqrantların köməyinə Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları çatıblar. Miqrantlar xilas edilib, onlar ölkələrinə geri qaytarılmaları üçün aidiyyəti qurumlara təhvil veriliblər.

Azvision.az


Teqlər: Türkiyə   Miqrant  



Xəbər lenti