Türkmənistan “Dostluq” yatağı ilə bağlı sənədi ratifikasiya etdi
Qeyd edək ki, Anlaşma Memorandumu yanvarın 21-də xarici işlər nazirləri tərəfindən imzalanıb.
Sənədə əsasən, “Dostluq” yatağının karbohidrogen resursları tərəflər arasında 30% Azərbaycan Respublikasına, 70% Türkmənistana nisbətində bölüşdürüləcək. “Dostluq” yatağından çıxarılmış beynəlxalq bazara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat tranziti sistemlərinin istifadə edilməsi ilə rəqabətqabiliyyətlilik şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun həyata keçiriləcək.
Azvision.az
Teqlər: Türkmənistan Dostluq







Vaxtında, Aydın, Lazımlı!


