“Boko Haram” hərbçilərə hücum etdi - 19 ölü, xeyli yaralı var

“Boko Haram” hərbçilərə hücum etdi -  19 ölü, xeyli yaralı var
  14 Mart 2021    Oxunub:2730
Nigeriyanın şimal-şərqində "Boko Haram" terrorçularının hərbi konvoya hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 19 əməkdaşı ölüb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çad gölü hövzəsində yerləşən Qudumbali bölgəsində baş verib.

Nigeriya ordusunun sözçüsü Məhəmməd Yerima insident zamanı çox sayda hərbi qulluqçunun yaralandığını bildirib.

Qeyd edək ki, "Boko Haram" terror qruplaşması Nigeriyada 2000-ci ildən fəaliyyət göstərir. 2009-cu ildən bəri 20 mindən çox insan terror təşkilatının qurbanı olub. Qruplaşma 2015-ci ildən qonşu Kamerun, Çad və Nigerdə ​​də hücumlar təşkil edir. Çad gölü bölgəsində edilən hücumlar nəticəsində ən azı iki min nəfər ölüb. Yüz minlərlə insan terror hücumlarından qaçmaq üçün Nigeriyadan köç etmək məcburiyyətində qalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Nigeriya   terror  



Xəbər lenti