ATƏT sədri Azərbaycana gəlir

   ATƏT sədri Azərbaycana gəlir
  14 Mart 2021    Oxunub:3021
ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycana səfər edəcək.
Azvision.az ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, səfər 15 mart tarixində baş tutacaq.

Məlumata görə, Linde səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Baş nazir Əli Əsədovla görüşəcək. Görüşlərdə Qarabağla bağlı danışıqların aparılması, həmçinin ATƏT ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Bundan əlavə, Ann Lindenin Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü planlaşdırılır.

Azvision.az


Teqlər: ATƏT   Səfər  






Xəbər lenti