Bayden Kim Çen Inı tapa bilmir

 Bayden Kim Çen Inı tapa bilmir
  14 Mart 2021    Oxunub:2674
ABŞ müxtəlif rabitə kanalları vasitəsilə Pxenyanla dialoq qurmağa çalışsa da, cavab ala bilmir.
Azvision.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Fevralın əvvəlində dövlət katibi Entoni Blinken bəyan etmişdi ki, Prezident Co Bayden milli təhlükəsizlik üzrə komandasından Pxenyanla münasibətdə bütün istiqamətlər üzrə siyasətin yenidən gözdən keçirilməsini istəyib. Səbəb Koreya yarımadasının nüvəsizləşdirilməsinin daha effektiv üsullarının tapılmasıdır.

Bayden administrasiyasının yüksək vəzifəli məmuru CNN-ə bildirib ki, Amerika hökuməti Şimali Koreya ilə fevralın ortasından etibarən bir neçə kanal vasitəsilə, o cümlədən Nyu-Yorkda BMT-dəki missiya ilə əlaqə yaratmağa cəhd edir.

"Bu günə qədər Pxenyandan heç bir cavab almamışıq", - adı açıqlanmayan ABŞ rəsmisi deyib.

Həmin şəxsin sözlərinə görə, Vaşinqton dəfələrlə səy göstərsə də, bir ildən çoxdur ki, Şimali Koreya ilə aktiv dialoqa nail ola bilməyib.

Azvision.az


Teqlər: ABŞ   KXDR  



Xəbər lenti