Qalileo Qalileyin 800 min avroluq əsəri oğurlanıb
Bildirilir ki, dörd il ərzində krallığın kitabxanası dəyəri 800 min avro olan əsərin oğurlanmasını gizlədib. Söhbət 1610-cu ildə ərsəyə gələn "Sidereus Nuncius" astronomik əsərindən gedir.
Sözügedən əsər 2014-cü ildə oğurlansa da, kitabxana rəhbərliyi bu barədə ictimaiyyətə məlumat verməyib. Kitabxana müdiri Ana Santos iddia edir ki, hadisə barədə 2018-ci ildə ingilis tədqiqatçının yazdığı məktubdan sonra məlumat alıb.
Oğurluqda əsas şübhəli şəxs 2004-cü ildə sənədlə maraqlanan Uruqvay vətəndaşıdır.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: İspaniya







Vaxtında, Aydın, Lazımlı!


