Belçikadakı iğtişaşlara görə 10 nəfər saxlanıldı

Belçikadakı iğtişaşlara görə 10 nəfər saxlanıldı
  15 Mart 2021    Oxunub:1662
Belçikanın Lyej şəhərindəki iğtişaşlarda iştirak etmiş 10 nəfər saxlanılıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, onlardan biri yetkinlik yaşına çatmayan, digərləri isə 20-30 yaşlı şəxslərdir.

Qeyd edək ki, ötən gün Lyej şəhərində 300-dən çox etirazçının iştirak etdiyi aksiya iğtişaşlara səbəb olub. Aksiyanın qarşısını almağa çalışan polis əməkdaşları ilə nümayişçilər arasında qarşıdurma yaşanıb. İnsident zamanı 36 polis xəsarət alıb.

Azvision.az



Teqlər: Belçika   İğtişaş  



Xəbər lenti