Türkiyədə son sutkada 68 nəfər koronavirusdan öldü

 Türkiyədə son sutkada 68 nəfər koronavirusdan öldü
  15 Mart 2021    Oxunub:2817
Türkiyədə son sutka ərzində 68 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 13 378 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 2 879 390, pandemiya qurbanlarının sayı isə 29 489 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 701 076 pasiyent (son sutkada 15 516 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti