Suriyada mülki şəxslər raket atəşinə tutuldu - Yaralılar var

 Suriyada mülki şəxslər raket atəşinə tutuldu -  Yaralılar var
  15 Mart 2021    Oxunub:1935
Suriyanın Hələb şəhərindəki Kuveyres hava limanından ölkənin Cerablus və Əl-Bab rayonunda yerləşən yaşayış yerləri və neft tankerləri raket atəşinə tutulub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "Twitter" səhifəsində məlumat paylaşıb.

Məlumata görə, hücum ballistik raketlər və çoxlüləli raket qurğuları ilə həyata keçirilib. Bu ərazilər Türkiyə Silahlı Qüvvələrinin "Fərat qalxanı" antiterror əməliyyatı bölgəsinə daxildir.

Hücum nəticəsində bir neçə mülki şəxs yaralanıb.

Türkiyə Milli Müdafiə Nazirliyi hadisədən sonra Rusiya Federasiyasına mülki şəxslərə qarşı hücumların dayandırılması zərurəti barədə bildiriş göndərib və müəyyən edilmiş hədəflərə cavab atəşi açılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Suriya  



Xəbər lenti